Müslüm Maqomayevin xatirəsi anılıb
27 Oktyabr 2012 Şənbə 15:08
Bu gün görkəmli opera və estrada müğənnisi, Azərbaycan və SSRİ xalq artisti Müslüm Maqomayevin xatirəsi anılıb.
APA-nın məlumatına görə, tanınmış müğənninin ölümünün dördüncü ildönümü münasibətilə yaxınları, sənət dostları, ailə üzvləri Fəxri xiyabanda onun məzarını ziyarət ediblər.

Sənətkarın anım mərasimində çıxış edən həyat yoldaşı Tamara Sinyavskaya M. Maqomayevin anım mərasiminə qatılanlara təşəkkürünü bildirib. T. Sinyavskaya deyib ki, M. Maqomayevin dünyadan köçməsinin üstündən illər ötsə də, insanlar onu həmişə xatırlayır və xatırlayacaq.

Qeyd edək ki, Müslüm Maqomayev 1942-ci ildə Bakı şəhərində anadan olub. Uzun müddət Rusiyanın paytaxtı Moskva şəhərində yaşayan müğənni 2008-ci il oktyabrın 25-də dünyasını dəyişib.

O öz arzusuna əsasən Bakıda dəfn olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar