Müslüm Maqomayev xatirəsinə konstert
16 Aprel 2009 Cümə Axşamı 13:35
Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş "Lyubov moya-melodiya" adlı konsert proqramı "Salle de l’Ermitage" konsert zalında olacaq.

 

Mayın 16-da Kanadada Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək. "Lyubov moya-melodiya" adlı konsert proqramını Azərbaycanın Kanadadakı səfirliyinin dəstəyi ilə Kanadanın Kvebek əyalətinin Rusdilli İcmalar Konqresi təşkil edəcək. "Salle de l’Ermitage" konsert zalında dahi müğənninin repertuarından mahnılar ifa olunacaq. /"AzərTAc"/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar