Məşhur pianoçu Van Klibern vəfat etdi
28 Fevral 2013 Cümə Axşamı 06:42
Məşhur pianoçu Van Klibern dünyasını dəyişib.
Dünya şöhrətli pianoçu Van Klibern 78 yaşında vəfat edib. Amerikalı musiqiçinin fort uort şəhəri yaxınlığında yerləşən evində, sümük xərçəngindən öldüyü deyilir. Van Klibern 1958-ci ildə Moskvada Çaykovski adına beynəlxalq musiqi müsabiqəsində 1-ci yer tutmaqla dünya şöhrəti qazanıb. Gənc pianoçu hələ o vaxt, virtuoz ifasıyla həm münsiflərin, həm də tədbirdə iştirak edən tamaşaçıların qəlbini fəth edib. Van Klibern yaşadığı dövr ərzində xeyli sayda mükafat və fəxri ada layiq görülüb. Öz musiqi karyerası ərzində, pianoçu dəfələrlə Birləşmiş Ştatlar prezidenti, Britaniya kraliçası və Avropa, Asiya, Cənubi Amerika liderləri qarşısında çıxış edib. Məşhur “Time” dərgisi vaxtilə onu “Moskvanı fəth etmiş texaslı” deyə adlandırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar