Mensum İbrahimov Lüksemburqa konsert verecek
26 May 2013 Bazar 07:34
Mensum İbrahimov Lüksemburqa konsert verecek. Azerbaycan muğamları geniş konsert proqramında seslendirilecek.
Mayın 29-da Xalq Artisti Mənsum İbrahimov Lüksemburqa geniş konsert proqramı ilə çıxış edəcək.

Xalq Artisti bildirib ki, Lüksemburq simfonik orkestri ilə birgə məşq etmək üçün bu ölkəyə üç gün əvvəlcədən gedəcəklər: “Konsertdə xalq və bəstəkar mahnılarımızla yanaşı, muğamlarımız da səsləndiriləcək. Layihənin maraqlı məqamlarından biri də muğamları getdiyimiz ölkələrin orkestrləri ilə birgə ifa etməyimizdir”.

M. İbrahimov deyib ki, səfər 2007-ci ildə hazırlanmış “Simfonik muğam” layihəsi əsasında təşkil olunub: “Bu layihə artıq neçə ildir ki, fəaliyyət göstərir və biz onun əsasında 10-dan çox ölkədə olmuşuq”.

Əsas məqsədin Azərbaycan muğamını xarici ölkələrdə tanıtmaqdan ibarət olduğunu deyən Xalq Artisti bildirib ki, Avropa ölkələrində simfonik musiqini çox sevirlər. Həmin səbəbdən Azərbaycanın simfonik muğamlarının təbliğində bu layihə mühüm rol oynayır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar