"LUÇ" assosasiyası ədəbi müsabiqə elan edib
30 Mart 2009 Bazar Ertəsi 17:30
Qaliblər diplom və pul mükafatları ilə təltif ediləcəklər

"LUÇ" Azərbaycan Mədəniyyət Xadimləri Assosasiyası rus dilində yazılmış ən yaxşı nəsr və nəzm əsərinə görə "Söz və zaman" adlı respublika müsabiqəsi elan edib. Nəsr nominasiyasında müsabiqə iştirakçıları 20 səhifə həcmindən çox olmayaraq qısa povest və ya hekayə, nəzm nominasiyasında isə  bir şeir (həcmindən asılı olmayaraq) təqdim etməlidirlər. Qaliblər diplom və pul mükafatları ilə təltif ediləcəklər.
Əsərlər mayın 1-dək qəbul olunur. Qaliblərin adı 28 May - Respublika günü ərəfəsində Yazıçılar İttifaqında keçiriləcək tədbirdə açıqlanacaq./ANSPRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar