Leyla Aliyeva diplomla teltif olundu
06 May 2013 Bazar Ertəsi 00:17
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Aliyeva “Qəbələ III Beynəlxalq incəsənət sərgisi” layihəsinin həyata keçirilməsində göstərdiyi xidmətlərə görə mükafatlandırılıb.
Mayın 5-də ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş Qəbələ III Beynəlxalq incəsənət sərgisinin açılışı olub. “Portretlərin melodiyası” adı altında təşkil edilən sərgidə dünyanın 23 ölkəsini-Azərbaycan, Almaniya, Avstriya, Albaniya, Braziliya, Banqladeş, Bolqarıstan, Gürcüstan, İsrail, İtaliya, Koreya Respublikası, Latviya, Rusiya, Yaponiya, Yunanıstan, Sinqapur, İraq, İran, Hollandiya, Əlcəzair, Finlandiya, Türkiyə və Ukraynanı təmsil edən 158 rəssamın 291 əsəri nümayiş etdirilir. Sərgidə nümayiş olunan rəsmlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əsərləri də yer alıb.

Sərgi iştirakçılarından 24 nəfər müxtəlif nominasiyalar üzrə diplomla təltif olunub. Azərbaycanın zəngin mədəni irsinin və milli-mənəvi dəyərlərinin dünyada tanıdılmasına və “Qəbələ III Beynəlxalq incəsənət sərgisi” layihəsinin həyata keçirilməsində göstərdiyi misilsiz xidmətlərə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin fəxri diplomu ilə təltif olunub.

Beynəlxalq sərgi mayın 19-dək davam edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar