İsveçrəni Eurovision 2013 müsabiqəsində 94 yaşlı musiqiçi təmsil edəcək
16 Dekabr 2012 Bazar 19:34
Gələn il "Buranovskiye babuşki"nin rekordu yenilənə bilər.
"Buranovskiye babuşki" qrupunun Bakıdakı "Eurovision-2012" mahnı müsabiqəsindəki rekordu İsveçrəni də ruhlandırıb. Gələn il müsabiqədə İsveçrənin təmsmilçiləri arasında 94 yaşlı musiqiçi olacaq. O, 1956-cı ildən keçirilən müsabiqənin tarixində ən yaşlı iştrakçı ola bilər.

Kontrabas ifaçısı Emil Ramzauer "Xilas ordusu" (Salvation Army) qrupunun üzvüdür. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu qrupun "Sən və mən" (You and me) mahnısı ötən gün İsveçrənin SSR ictimai telekanalında keçirilən səsvermədə ən çox səs toplayıb. Qrupa 20-94 yaşlı bir kişi və iki qadın daxildir.

Hazırda "Eurovision"da yaş rekordu Rusiyanın "Buranovskiye babuşki" folklor qrupunun üzvü Natalya Puqaçovaya aiddir. O, 76 yaşında Bakıdakı müsabiqədə iştirak edib.

58-ci "Eurvoision" müsabiqəsminin yarımfinalları gələn ilk mayın 14-16-da, finalı isə mayın 18-də Malmödə keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar