İki ətirli qızılgül
10 Mart 2013 Bazar 09:21
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında məşhur teatr və kino artistlərinin ifasında İki ətirli qızılgül musiqili komediyasının premyerası olacaq.
Premyera mayın 18-19-da baş tutacaq. Emilio Karbalidonun eyniadlı komediyası əsasında hazırlanan səhnə əsərinin rejissoru Nina Çusovadır. Rolları Rusiyanın Xalq Artisti Larisa Udoviçenko, bu ölkənin əməkdar artistləri Janna Epple, Evklid Kyurdzidis, aktyorlar Pavel Yefremov, Sergey Krivov, Andrey Karpov ifa edəcəklər.

“İki ətirli qızılgül” bir kişini sevən iki qadın haqqında hekayədir. Onlar biri-birindən xəbərsizdirlər. Bu komediyada çox sayda zarafat, rəqs və musiqi olacaq. Bu isə tamaşanı əsl musiqili şouya çevirir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar