Harrison Ford ən bahalı aktyor adını qazanıb
14 İyun 2009 Bazar 14:00
Harrison Ford bu il 65 milyon dollar qazanlb

2009-cu İldə 65 milyon dollar qazanan Harrison Ford Hollivudun ən bahalı aktyoru adını qazanıb. 2008-ci ilin iyin ayından bu vaxta qədər Xarrison yalnız bir filmdə çəkilib: “İndiana Cons və Büllür kəllənin krallığı” ("Indiana Jones and the Kingdom of the Crystal Skull"). Qeyd edək ki, filmə çəkilməzdən öncə Ford rejissor Stiven Spilberq və Corc Lukasla filmin prokatından əldə edilən gəlirin yarı bölünməsi ilə bağlı razılıq əldə edib.
ABŞ-ın ən komik aktyoru Adam Cendler isə bu il 55 milyon dollar qazanıb. Digər məşhur aktyorlar Uill Smit və Eddi Merfi isə öz əməkləri qarşılığında 45 milyon dollar qazanıblar. Ən çox pul qazanan aktyorlar sırasına sonuncu olaraq 40 milyon dollarla Nikolas Keydc qoşulub. /ANSPRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar