Fərhad Göçər Bakıda konsert verəcək
04 Mart 2009 Çərşənbə 11:50
Türkiyənin tanınmış müğənnisi Fərhad Göçər Bakıda konsert verəcək
Bakı. Ülkər Qasımova - APA. Türkiyənin tanınmış müğənnisi Fərhad Göçər ilk dəfə olaraq Bakıda konsert verəcək. Bu barədə APA-ya konsertin təşkilatçısı “Səs Organization”un rəhbəri Nahid Emiloğlu məlumat verib. O bildirib ki, konsertin mayın 24-də Heydər Əliyev Sarayında keçirilməsi qərarlaşdırılıb. “Biri bana gəlsin” adı altında təşkil olunacaq konsertdə sənətçi sevilən mahnılarını bakılı pərəstişkarlarına ərməğan edəcək.

Qeyd edək ki, konsertin informasiya dəstəyi APA-ya məxsusdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar