Eurovision Mahnı Müsabiqəsinin ilk qalibi Bakıda
24 May 2012 Cümə Axşamı 14:03
Lis Assia 57-ci Eurovision Mahnı Müsabiqəsini "Bakı Kristal Zalı"nda izləyəcək.
Eurovision Mahnı Müsabiqəsi 2012-ni izləyən fəxri qonaqlar sırasında yarışmanın ilk qalibi Lis Assia (Lys Assia) da var. Eurovision.az saytı xəbər verir ki, mügənni ötən gün Bakıya gəlib.

Xatırladaq ki, Lis Assia 1956-cı ildə İsveçrənin Luqano şəhərində keçirilən Eurovision Mahnı Müsabiqəsində qalib olub. Həmin il İsveçrə təmsilçisi Lis Assiaya ifa etdiyi "Refrain" adlı mahnı qələbə qazandırmışdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar