Çarli Çaplinin 120 yaşı tamam olur
16 Aprel 2009 Cümə Axşamı 21:45
Böyük sənətkar təkcə aktyor kimi deyil, həmçinin ssenarist, rejissor, bəstəkar kimi də tanınıb

Bu gün dünya şöhrətli kinoaktyor, ssenarist və rejissor Çarli Çaplinin 120 yaşı tamam olur. Amerika kino akademiyasının ikiqat laureatı Çaplin dünya kinomatoqrafiyanın inkişafında əvəzsiz xidmətlər göstərib. Uşaq yaşlarından səhnəyə gələn Çaplin 18 yaşında artıq Pantomimo truppasının aktoryu idi. O, “İmmiqrant” filmində ilk dəfə dövrünün ziddiyyətlərini göstərib. Özünün şəxsi kinostudiyasını yaradıb, tammetrajlı filmələrin istehsalına başladıqdan sonra isə Çaplin artıq təkcə aktyor kimi deyil, həmçinin ssenarist, rejissor, bəstəkar kimi tanınmağa başlayıb. Çarli Çaplinin ilk tam səsli ekran əsəri isə 1940-cı ildə çəkilən Hitler əleyhinə “Böyük diktator” filmidir. Məşhur aktyorun yaradıcılığının şah əsəri “Şəhər işıqları” ilk səsli filmi sayılır. Bir çox mükafatlara layiq görülmüş Çarli Çaplin 1977-ci il dekabrın 25-də İsveçrədə vəfat edib. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar