Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür
16 Avqust 2012 Cümə Axşamı 13:43
Bu gün Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin doğum günüdür. O, 16 avqust 1925-ci ildə Şəki şəhərində anadan olub.
 1947-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib və universitetin nəzdində aspiranturaya qəbul olunub. Bəxtiyar Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində onun «Vicdan», «İkinci səs», «Yağışdan sonra», «Yollara iz düşür», «Fəryad», «Özümüzü kəsən qılınc», «Cəzasız günah», «Dar ağacı» pyesləri tamaşaya qoyulub. O, tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Xalq şairi Bəxtiyar Vahabzadə 13 fevral 2009-cu il tarixində vəfat edib.ans


DOSTLARINLA PAYLAŞ:

oyunlar