Bişkekdə Novruz bayramı qeyd edilib
18 Mart 2013 Bazar Ertəsi 08:39
Tədbirin sonunda Şahmar Tapdıqovun ifasında Azərbaycan milli mahnıları ifa olunub.
Xalqımızın qədim milli adət-ənənələrindən sayılan Novruz bayramını Bişkekdə təntənə ilə qeyd edilib. ANS PRESS-in məlumatına görə, bayram tədbiri Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu (TDSDF), Qırğızstandakı Azərbaycanlıların əlaqələndirmə mərkəzi İctimai birliyi, İssık Kul azərbaycanlılarının “Xəzər” İctimai birliyi, Qırğızstan Azərbaycanlıları konqresi İctimai Birliyi və "Содружество" Kara Balta Azərbaycanlıları diaspor cəmiyyəti tərəfindən təşkil edilib.

Martın 17-də baş tutan tədbirdə qonaqları və xalqımızı Qırğızstandakı Azərbaycan icmalarının rəhbərləri Nüsrət Məmmədov, Cəbi Rəsulov, Ziyəddin Hüseynov, Çingiz Ələsgərov və Mirzəli Rzayev salamlamış bütün dünya Azərbaycanlılarını Novruz bayramı münasibəti ilə təbrik ediblər və Novruz bayramı haqqında qonaqlara qısa məlumat veriblər.

Tədbirin sonunda Şahmar Tapdıqovun ifasında Azərbaycan milli mahnıları ifa olunub. Qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri və Novruz şirniyyatları təqdim olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar