Bəxtiyar Vahabzadə adına məktəb açılıb
16 Aprel 2009 Cümə Axşamı 18:45
Şəkidə Bəxtiyar Vahabzadə adına məktəb açılıb. Bu barədə Nazirlər Kabineti qərar qəbul edib.

Şəki şəhərindəki 1 nömrəli orta məktəbə Xalq şairi Bəxtiyar Vahabzadənin adı verilib. ANS PRESS-in məlumanıa görə, bu barədə «B.M.Vahabzadənin xatirəsinin əbədiləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 19 fevral tarixli 167 nömrəli Sərəncamının 3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Şəki Şəhər İcra Hakimiyyətinin Azərbaycan Təhsil Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Nazirlər Kabineti qərar qəbul edib. Qərarı Baş nazirinin birinci müavini Yaqub Eyyubov imzalayıb. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar