Azerbaycanfilm kinostudiyasının 90 illik yubileyi keçiriləcək
28 Sentyabr 2013 Şənbə 16:12
Yubileydə ötən əsrin 20-ci illərinə aid teatr səhnəcikləri oynanılacaq.
“Azərbaycanfilm” kinostudiyasının 90 illik yubileyi keçiriləcək. ANS PRESS-in Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, prezidentin sərəncamına uyğun olaraq sentyabrın 30-da Nizami Kino Mərkəzində “Azərbaycanfilm” kinostudiyasının yubiley gecəsi keçiriləcək.

Kino tarixini əks etdirən tərtibat verilmiş Kino Mərəzinin qarşısında ötən əsrin 20-ci illərinə aid teatr səhnəcikləri oynanılacaq, yaddaqalan filmlərimizdə vaxtilə istifadə olunmuş geyimlər və rekvizit nümunələri nümayiş etdiriləcək.

Kinostudiyanın bayramında bir çox dövlət və hökumət nümayəndələri, mədəniyyət xadimləri ilə yanaşı, bir sıra ölkələrdən kino xadimlərinin iştirakı da gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar