Avroviziya-2009 biletləri satışa çıxarılıb
16 Mart 2009 Bazar Ertəsi 13:00
Biletlər konsertə giriş zamanı xüsusi elektron cihazla yoxlanacaq

Rusiyanın paytaxtı Moskvada keçiriləcək «Avroviziya-2009» mahnı müsabiqəsinin biletləri satışa çıxarılıb. Bu gündən başlayaraq, tamaşaçılar may ayının 11-dən 16-na kimi keçiriləcək müsabiqənin biletlərini əldə edə bilərlər.
«Avroviziya-2009» proqramına 12 şou, o cümlədən məşqlər daxildir. Məşqlər və şoularda canlı musiqi və xüsusi effektlərdən istifadə ediləcək. Hər konsertdə 20 min tamaşaçının olacağı gözlənilir.
Qeyd edək ki, mayın 16-da keçiriləcək müsabiqənin finalına biletlərin qiyməti 1-30 min rubl, yarımfinalın biletləri 800 rubldan-20 min rubla qədərdir. Səhər və axşam məşqlərinin biletlərinin qiyməti isə 300-1800 rubl arasında dəyişir.
Təşkilatçıların sözlərinə görə, hələ fevral ayında internetdə müsabiqəyə ilk biletlərin satışa çıxarılması barədə məlumatlar yayılsa da, bu biletlər saxta olub. Əsl biletlər bir neçə qoruyucu qatdan ibarətdir. Onlarda xüsusi holoqram və məlumatlar olan ştrix kod əks etdirilib. Biletlər konsertə giriş zamanı xüsusi elektron cihazla yoxlanacaq. Biletlər Moskvadakı Oplimpiya İdman Kompleksinin kassasında satılır.  /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar