Avroviziya 2009 başlayır
10 May 2009 Bazar 16:15
Mərasimi ilk dəfə 1956-cı ilə keçirilən müsabiqənin qalibi olmuş Lis Allisia açacaq

Bu gün Moskvada "Manej" sərgi kompleksində "Avroviziya-2009" müsabiqəsinin təntənəli açılış mərasimi olacaq.  Mərasim Rusiyanın "Birinci kanal"ı vasitəsi ilə canlı yayımlanacaq. Açılış konsertində səhnəyə müsabiqənin müxtəlif illərdəki qalibləri çıxacaqlar. Onların arasında  Almaniyanın "Çingiz-xan" qrupu, 2004-cü ildə qalib gələn Ukrayna təmsilçisi Ruslana, 2007-ci ilin mükafatçısı   serbiyalı ifaçı Mariya Şerifofiç, müsabiqənin Rusiyada keçirilməsini təmin etmiş 2008-ci ilin qalibi Dima Bilanda var. Açılış ərasimində həmçinin "Tatu" qrupu, Alsu kimi müğənnilərdə iştirak edəcəklər.
Musiqi paradını ilk dəfə 1956-cı ilə keçirilən müsabiqənin qalibi olmuş Lis Allisia (İsveçrə) açacaq. O, tədbirdə ona 1956-cı ildə qalibiyyət gətirən mahnını ifa edəcək. Bundan əlavə tədbirdə 1956-dı ildə keçirilən "Avroviziya" müsabiqəsini əks etdirən kadrlarda nümayş etdiriləcək.
Açılış tədbiri Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, müsabiqənin yarımfinal mərhələlri may ayının 12-14-də, finalı isə mayın 16-da keçiriləcək. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar