Argentinada Novruz bayramı
21 Mart 2014 Cümə 10:30
Argentinada Novruz bayramı qeyd edilib. Tədbirdə Novruz bayramı ilə bağlı adət-ənənələri əks etdirən videoçarxlar nümayiş etdirilib.
ANS PRESS-in məlumatına görə, Azərbaycanın Argentinadakı səfirliyi və La Plata Dövlət Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunda fəaliyyət göstərən azərbaycanşünaslıq kafedrasının birgə təşəbbüsü ilə bu ali təhsil ocağında Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Səfirlikdən bildiriblər ki, tədbirdə Novruz bayramının Azərbaycanda qeyd olunmasını, bununla bağlı adət-ənənələri əks etdirən videoçarxlar nümayiş etdirilib.

Səfirliyin əməkdaşı Aynurə Hüseynova tədbirdə Novruz bayramının tarixi barədə təqdimat edib.

Azərbaycanşünaslıq kafedrasının əlaqələndiricisi, professor Paulo Botta Novruzun Azərbaycanın sosial-mədəni həyatındakı rolu, habelə bu bayramın beynəlxalq səviyyədə qeyd edilməsi barədə danışıb.

Sonra Argentinanın “Sonidos Turquesas” musiqi qrupu Azərbaycanın xalq və bəstəkar mahnılarını, Vaqif Mustafazadənin “Düşüncə” kompozisiyasını ifa edib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar