Ankarada Azərbaycan Gecəsi keçirilib
31 İyul 2012 Çərşənbə Axşamı 15:15
İyulun 30-da Ankaranın Keçiörən Bələdiyyəsinin təşkil etdiyi 4-cü Beynəlxalq Ramazan Şənlikləri çərçivəsində Azərbaycan Gecəsi keçirilib.
 Azərbaycanın Türkiyədəki səfirliyindən APA-ya verilən xəbərə görə, tədbirdə səfir Faiq Bağırov başda olmaqla səfirliyin əməkdaşları, Keçiörən bələdiyyə başçısı Mustafa Ak, Sumqayıt Şəhər Bələdiyyəsinin nümayəndələri, Ankara ictimaiyyətinin təmsilçiləri, Ankaradakı azərbaycanlılar və KİV nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Gecəsində iştirak etmək üçün Azərbaycandan gələn muğam qrupunun bir-birindən gözəl əsərlər səsləndirməsi ilə başlayıb. Sonra Keçiörən Bələdiyyəsinin Xalq Rəqsləri Qrupu Azərbaycan mahnıları sədaları altında rəqslər nümayiş etdirib. Keçiörən bələdiyyəsi başçısı Mustafa Ak və səfir Faiq Bağırov qısa çıxışdan sonra qarşılıqlı olaraq xatirə plaketləri təqdim ediblər.

Beynəlxalq Ramazan Şənliklərinin təşkil olunduğu ərazidə Azərbaycana xas olan tarixi, mədəni və incəsənət əsərlərinin nümayiş etdirildiyi Azərbaycan Evinin açılışı da olub. Açılışı F. Bağırov və M. Ak həyata keçirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar