Almaniya, Qafqaz və ərəb animatorları birləşəcəklər
12 Mart 2013 Çərşənbə Axşamı 14:40
20-ci Beynəlxalq Animasiya Film Festivalı çərçivəsində "Birgə Animasiya İstehsalı Forumu" keçiriləcək.
20-ci Beynəlxalq Animasiya Film Festivalı "Robert Bosh Stiftung" şirkətilə birgə Almaniyadan, Qafqaz reqionundan və Ərəb dünyasından olan gənc rejissorları, animatorları və prodüserləri birləşdirmək məqsədi ilə Qafqaz reqionunu və Ərəb dünyasını işıqlandıran "Birgə Animasiya İstehsalı Forumu" təşkil edir.

"Narimanfilm" kinoşirkətindən ANS PRESS-ə verilən məlumata görə, forumun məqsədi "Robert Bosh Stiftung" film mükafatını almağa ərizə vermək üçün mümkün istehsalçı partnyorları birgə beynəlxalq istehsal üçün birləşdirməkdir.

Birgə Animasiya İstehsalı forumunun qalibi avtomatik olaraq Birgə Beynəlxalq İstehsal üçün 60.000 avro həcmində "Robert Bosh Stiftung" Film Mükafatını almağa namizəd olur.

Həmçinin Birgə Animasiya Forumunda bir sıra görülər, treninqlər və seminarlar keçiriləcək.

Daha ətraflı məlumat almaq üçün Narimanfilmə müraciət edin.([email protected]). Tel: + 994 12 491 63 79



DOSTLARINLA PAYLAŞ:

oyunlar