Alim Qasımovun yubileyidir
14 Avqust 2012 Çərşənbə Axşamı 11:30
Bu gün Azərbaycanın fəxri, xalq artisti, görkəmli xanəndə Alim Qaslmovun 55 illik yubileyidir. Alim Qasımov 1957-ci ilin bu günündə - 14 avqustunda dünyaya gəlib.
Valideynləri onun musiqiyə və xususilə muğama qarşı olan istedadını uşaqlıqdan biliblər, ancaq ata-anasının ona musiqi təhsili verməyə imkanları olmayıb. Atasının əllərindən tək bir şey gəlirdi, dəf düzəltmək üçün, keçi kəsmək. Bu dəf, Alimin birinci musiqi aləti idi. Bundan başqa Alim gözəl və hamıdan fərqlənən səsə də sahib idi. Alim Qasımovun onda da bəxti gətirmişdi ki, o, Bakıda muğam məktəbinin ən tanınmış və istedadlı müəllimlərindən dərs almışdı. 25 yaşında həyatında birinci muğam müsabiqəsində müvəffəqiyət qazanan Alim o vaxtlarda o, muğam sənətinin, xüsusilə də "tarab" janrını araşdırmaqla məşğul olurdu. Son zamanlarda cəmi doqquz albomu çıxardan Alim Qasımov hər bir musiqi sənətkarının nail olmağa çalışdığı mükafata layiq görülüb. O, 1999-cu ildə o, Beynəlxalq IMC UNESCO Musiqi Mükafatını alıb.
Muğam sənəti ilə Fransa, İngiltərə, Almaniya, Belçika, İspaniya, Braziliya, Honq Konq, Yaponiya, İran və Amerika Birləşmiş Ştatları kimi ölkələrdə konsertlərlə çıxış edən sənətçi, bütün dünyaya Azərbaycan muğam sənətini tanıdaraq, Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması üçün əvəzsiz rol oynayır.
Alim Qasımov ABŞ-ın məşhur Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı arasından seçilən 4 azərbaycanlıdan biri olub.
Sənətkar 26 may 2012-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən 57-ci "Eurovision" Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycan təmsilçisi Səbinə Babayeva ilə eyni səhnəni paylaşıb.
Biz də öz adımızdan ecazkar səsə malik sənətkarı ürəkdən təbrik edərək ona can sağlığı arzulayırıq! (anspress.com)


DOSTLARINLA PAYLAŞ:

oyunlar