Alim Qasımov Türkiyede konsert verecek
26 Avqust 2013 Bazar Ertəsi 08:38
Xalq Artisti Alim Qasımov Fransa ve Türkiyede konsert proqramı ile çıxış edecek.
AzərTAc xəbər verir ki, konsert proqramı folklor musiqisinin dünyada təbliği ilə məşğul olan beynəlxalq fond tərəfindən reallaşdırılacaq.

Xalq artisti sentyabrın 15-də Fransada, sentyabrın 25-də isə Türkiyədə konsert verəcəkdir. Xarici səfərlərdə görkəmli muğam ifaçısının qızı, Əməkdar Artist Fərqanə Qasımova da iştirak edəcəkdir.
Sənətçiləri kamançada Rauf İslamov, tarda Zəki Vəliyev, balabanda Rafael İsgəndərov müşayiət edəcəklər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar