Alim Qasımov Torontoda konsert verəcək
20 Noyabr 2012 Çərşənbə Axşamı 11:18
Alim Qasımov konserti Beynəlxalq Muğam Festivalı çərçivəsində olacaq.
Kanadanın Toronto şəhərində Azərbaycanın muğam ustası Alim Qasımovun konserti olacaq. Azərbaycan Respublikasının Kanadadakı səfirliyindən AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, bu il dekabrın 21-də Kanadanın Toronto şəhərində Beynəlxalq Muğam Festivalı çərçivəsində Azərbaycanın görkəmli muğam ustası Alim Qasımovun konserti olacaq.

Konsert çərçivəsində Torontoda yaşayan həmyerlimiz Saşar Zarifin rəhbərlik etdiyi rəqs qrupu da ifalarını təqdim edəcək.

Festival Kanadanın və Ontario əyalətinin incəsənət şuraları, Ağaxan Muzeyinin himayəsi və Azərbaycanın Kanadadakı səfirliyinin dəstəyi ilə təşkil ediləcək. Festivalın məqsədi zəngin Azərbaycan muğam ənənələrini Kanadada təbliğ etməkdən ibarətdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar