Alim Qasımov mətbuat konfransında muğam ifa etdi
20 May 2012 Bazar 20:29
"Eurovision 2012" təmsilçimiz Səbinə Babayeva mətbuat konfransı keçirib. Alim Qasımov mətbuat konfransında muğam ifa etdi.
Bu gün Azərbaycanın "Eurovision 2012" mahnı müsabiqəsindəki təmsilçisi Səbinə Babayeva “Kristal Zal”ın səhnəsində ikinci dəfə məşq etdi. Məşqdən sonra mahnı müsabiqəsindəki nümayəndələrimizin mətbuat konfransı keçirildi. Mətbuat konfransına Səbinə Babayeva Azərbaycanın xalq artisti Alim Qasımovla birgə gəldi. İfaçılar brifinq zamanı xarici və yerli jurnalistlərin suallarını cavablandırdılar.

Mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Səbinə Babayeva müsabiqədə ifa edəcəyi "When the music dies" mahnısından danışarkən bildirdi ki, musiqi heç vaxt ölməyəcək: "Musiqi insana həyat verir, insanı ruhlandırır, ona görə də musiqi heç vaxt ölməyəcək".

Daim Avropanın böyük sənhələrində çıxış edən muğam ustadı Alim Qasım isə hər zaman bu cür tədbilərin Azərbaycanda da keçilməsini arzuladığını deyib. "Çox sevinirəm ki, artıq bütün Avropa bu müsabiqə sayəsində indi Azərbaycandadır", - deyə Alim Qasımov vurğulayıb.

Mətbua konfransının sonunda muğam ustadı Alim Qasımov bir parça muğam ifa etdi. Onun ifası alqışlarla qarşılandı.

Xatırladaq ki, bu gün “Kristal Zal”da Estoniya, Norveç, Bosniya və Herseqovina, Litva, Fransa, İtaliya, Böyük Britaniya, Azərbaycan, İspaniya və Almaniya təmsilçiləri məşq edib.











DOSTLARINLA PAYLAŞ:

oyunlar