Xaş qədim türk yeməyidir
06 Noyabr 2014 Cümə Axşamı 10:42
Xaş qədim türk yeməyi olub. Xaşın tarixini Qobustanın qayaüstü yazılarında tapmaq olar.
Əsasən soyuq vaxtlarda bəh-bəhlə yeyilən xaşın tarixi qədimdir. Türk xalqlarının mətbəxinə aid olan bu yeməyin yaranması haqqında müxtəlif məlumatlar var. Bəzi mənbələrə görə, xaşın tarixini Qobustanın qayaüstü yazılarında tapmaq olar. O şəkillərdə görmək olar ki, heyvanın bölgüsundə dırnaqlar da yer alır. Nizami Gəncəvinin İsgəndərnaməsində də dana başının bişirilərək yeyilməsi haqqında məlumat əldə etmək olar. Bundan əlavə Çingizxanın dövründə də xaş barəsində məlumatlar verilir. Osmanlı İmperiyasının dövründə bu yeməyi yalnız imkanlı insanlar yeyirdi.

Erməni mənbələr xaşın bu millətə mənsub olduğunu bildir. Amma erməni mətbəxindən bəhs edən kitabların birində müəllif özü bu yeməyin türk xalqlarına aid olduğunu bildirir. Başqa bir erməni müəllif isə ümumiyyətlə bu xalqın mətbəxinin zənginləşdirilməsində türklərin böyük rol oynadığını yazır.

Xaş kalorili yeməklərdən sayılır. Ona görə də bu yeməyi yeyəndən sonra gün ərzində aktiv həyat tərzi keçirmək məsləhətdir. Xaşın tibbi xüsusiyyətlərinə gəlincə, qədim zamanlardan bu yemək sınığı olan insanların dərmanı sayılır. Çünki onun tərkibindəki maddələr sümüklərin möhkəmlənməsinə səbəb olur. Həmçinin xaş immuniteti gücləndirir və insana enerji verir. Odur ki, soyuq günlərdə sağlamlığınızı qorumaq istəyirsizsə, xaş sizin üçün əvəzolunmaz vasitədir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar