Toy gecəsi mesajlaşan gəlini boşadı
25 May 2016 Çərşənbə 14:03
Toy gecəsi otelə gedən bəy və gəlin arasında dava düşüb. Səbəb isə gəlinin ilk gecə telefon ilə mesajlaşması olub.
Toy mərasimindən sonra bəy və gəlin ilk gecələrini keçirmək üçün otelə gediblər. Təzə gəlin telefonda dostlarının təbrik mesajlarını cavablandırmağa başlayıb. Bəyi yatağa buraxmayıb.
 
Bəy soruşduqda isə gəlin dostlarının onun üçün ailə qurduğu şəxsdən önəmli olduğunu deyib. Bəy bərk hirslənib və oteli tərk edib.
 
Daha sonra isə boşanmaq üçün məhkəməyə müraciət edib. Gəlin daha sonra nə qədər yalvarsa da bu bəyi yumşaltmayıb. O, boşanmaqda israrlı olduğunu bəyan edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar