Şəkildə gözəl düşməyin sirləri
18 Oktyabr 2014 Şənbə 14:59
Şəkildə gözəl düşməyin sirləri. Qürub çağı çəkilən şəkillər daha gözəl düşür.
Bəzi insanlar çox gözəl olmasalar da foto şəkildə gözəl çıxırlar. Bəs foto şəkillərdə gözəl çıxmağın sirri nədədir? ANS PRESS öz oxucularına bu istiqaətdə bəzi məlumatlar verir. Bu qaydalara riayət etməklə daha yaxşı fotoşəkil əldə etmək olar.

İlk qayda rahat olmaqdır.


Fotoşəkillərdə poz verməməyə çalışın və ya poz vermirmiş kimi hərəkət edin.


Əgər xüsusi bir çəkilişdirsə hərəkətli olun. Fotograf hökmən sizi təbii bir vəziyyətdə tutacaq.


Vizajist Troy Celsen sərxoş vəziyyətdə nəzarəti itirməyə başlayacağınızı və işıq nə qədər parlaq olsa da gözlərinizin mat görünəcəyini deyir.


Əgər çəkiliş açıq havadadırsa qürub çağı şəkillər daha gözəl düşəcək. Məşhur fotoqraf Cek Qay qürub çağı işığının insanı çox gözəl göstərəcəyini deyir. Aşağıya doğru əşyalar kölgəli düşdüyündən alt göz qapağında olan xoşagəlməz qaraltılar şəkildə düşməyəcək və bu da sizi daha cavan göstərəcək.


Patti Vud isə hesab edir ki, çəkiliş vaxtı “money” demək doğru addım olacaq. Çönkü “money” deyilməsi göz ətrafında olan mimiika cizgiləri ürəkdən təbəssüm təəssüratı yaradacaq.


Dilinizi dişlərinizin arxasında tutaraq gülümsəsəniz, üzünüz gərgin düşməyəcək.


Olduğunuzdan daha kök görünmək istəmirsinizsə və təbii görüntü əldə etmək istəyirsinizsə dik dayanaraq qollarınızı bədəninizn yanında saxlayın, amma əsla yapışdırmayın.


Boğaz qırışlarınızın bəlli olmaması üçün çənənizi yuxarıda saxlayaraq obytektivə gülümsəyin. Yuxarından aparılan çəkilişlərdə arıq, aşağıdan aparılan çəkilişlərdə uzun görünəcəksiniz.


Birbaşa çəkilişlərdə isə düzgün dayanmasanız kök və ya kiçik boylu görünəcəksiniz. Bir başa obyektivə doğru dayanmamalısınız.


Hansı profildən yaxşı göründüyünüzə qərar verin və kiçik bucaqla yan duruş nümayiş etdirin. Rahat olmaq və ya bu ifadəni hiss etdirmək istəyirsinizsə çəkilişdən əvvəl bir qədər gözünüzü yumun. Çəkiliş vaxtı fərqi özünüz də görəcəksiniz.


Həmçinin çəkiliş vaxtı geyiminiz də böyük əhəmiyyət kəsb edir. Xüsusi bir gün üçün olacaq çəkilişdə brendlərdən yox, klassik stildən istifadə edin. İllər əvvəl çəkdirdiyiniz şəkillərinizi sevgilinizə göstərəndə, necə də gülməli geyinmişəm, amma o dövrdə bu dəbdə idi – kimi açıqlamaları da unutmayın.


Şəkil çəkdirəndə üfüqi cizgili köynəklərdən və geniş şalvarlardan imtina edin. Bunlar sizi olduqca kök və qısa göstərəcək. beli yuxarıda olan ətək və şalvarlar sizi daha uzun və zərif göstərəcək.


Fonun rənginə diqqət edin. Geyimizlə eyni tonda olan və rəngi boğacaq məkanlarda şəkil çəkdirməyin.


Imicmeykerlər böyürtkən tonlarında parıltılı pomadanın hamıya yaraşacağını iddia edirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar