REKORD - 4,5 milyard dollarlıq boşanma
20 May 2014 Çərşənbə Axşamı 08:53
Cenevrə məhkəməsi rus milyarder Dmitri Rybolovlev 4,5 milyard dollar ödəməyə məcbur edib.
ANS PRESS-in məlumatına görə, "kebrə kralı" olaraq tanınan rus milyarder Dmitri Rybolovlev boşandığı həyat yoldaşına 4,5 milyard dollar ödəyəcək.

Yelena Rybolovlevanın keçmiş əri ilə 6 il davam edən məhkəmə çəkişməsi, nəhayət onun xeyrinə başa çatıb.

Məhkəmə Fransanın "Monako" futbol klubunun da sahibi olan rus milyarderin əmlakının təxminən yarısı olan 4,5 milyard dolları yoldaşına ödəməsi barədə qərar verib.

Yelena Rybolovleva həmçinin, 13 yaşlı qızı Annanın valideyn hüququnu da qazanıb. Cütlüyün 25 yaşlı başqa bir qızı da var.

Rybolovlevanın vəkili Mark Bonnant məhkəmənin nəticəsini "Tarixdəki ən bahalı boşanma" olaraq xarakterizə edib.

Qeyd edək ki, sərvətini əkinçilikdə sitifadə olunan kübrə satışından əldə etdiyi üçün "kübrə kralı" olaraq tanınan Rybolovlev "Forbes" jurnalının açıqladığı 2014-cü ilin ən varlı iş adamları siyahısında 8,8 milyard dollarlıq sərvətilə 147-ci sırada idi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar