Ötən gecə nadir təbiət hadisəsi yaşanıb
11 Avqust 2014 Bazar Ertəsi 11:26
Bu gecə bütün dünyada milyonlarla insan super ayı müşahidə edə bilib. Yerin təbii peyki olan Ay Yerə maksimal dərəcədə yaxınlaşıb.
Bu gecə bütün dünyada milyonlarla insan super ayı müşahidə edə bilib. Yerin təbii peyki olan Ay Yerə maksimal dərəcədə yaxınlaşıb.

ANS PRESS xəbər verir ki, "Reuters" agentliyinin NASA-ya istinadən verdiyi məlumata görə, ötən gecə Ayla Yer arasında məsafə də minimuma enərək, təxminən 350 min kilometr təşkil edib. Bu zaman Ay vizual olaraq 14% daha böyük və 30% daha parlaq görünüb.

Bu cür astronomik hadisə "super ay" adlandırılır. Adətən, bu hadisə 6 ayda bir dəfə olur, lakin 2014-cü ildə bu, artıq 4-cü superaydır.

Növbəti belə hadisə sentyabrın əvvəllərində müşahidə ediləcək. Nəhəng Ayı Yer kürəsinin istənilən nöqtəsində görmək mümkün olacaq. Bunun üçün əsas şərt - havanın buludsuz olmasıdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar