Moskvada it sərgisi
24 Mart 2014 Bazar Ertəsi 08:50
Avrasya2014 it sərgisində 20 ölkədən gətirilmiş 255-dən çox fərqli cinsdə 12 min it iştirak edib.
Moskvada hamının marağına səbəb olacaq sərki təşkil edilib.

ANS PRESS-in xəbərinə görə, Rusiyanın paytaxtı Moskvada təşkil edilən "Avrasya2014" it sərgisində 20 ölkədən gətirilmiş 255-dən çox fərqli cinsdə 12 min it iştirak edib.

Moskvadakı "Crocus - Expo" sərgi sahəsində təşkil edilən sərgidə nadir it cinsləri görmək mümkündür. Sərgidə "it gözəllik yarışması" , "ən yaxşı saç stili" kimi müxtəlif yarışmalar da təşkil edilib.

İtlərin saçlarının formaya salınması üçün əsil saç ustaları işləyib.

Sərgidə qeyri-adi saç şəkli və duruşuyla ən çox diqqət çəkən it isə ana vətəni Çin olan "Şitsu" it növü olub. "Şitsu" cinsindən olan itlərin müsabiqəyə hazırlanmasının olduqca çətin olduğu, tüklərinin daranması və saç şəklinin formaya salınması üçün 3 saat vaxt getdiyi qeyd edilib.

Şənbə və bazar günləri açıq olan "Avrasya2014" it sərgisinə moskvalılar böyük maraq göstəriblər.










DOSTLARINLA PAYLAŞ:

oyunlar