Meşhur ördek Bakıya gelir
27 Avqust 2013 Çərşənbə Axşamı 15:47
Meşhur Rezin Ördek eseri Bakıda keçirilen Participate Public Art Festivalının proqramına reng ve canlılıq qatacaq.
Nəhəng rezin ördək Bakıya gəlir. ANS PRESS-in məlumatına görə, bu ilin sentyabr ayında Florentin Hofman yaratdığı 12 metr hündürlüyu olan “Rezin Ördək” əsəri Bakıda keçirilən Participate Public Art Festivalının proqramına rəng və canlılıq qatacaq.

"Rezin ördək" Bakıya YARAT Müasir İncəsənət Mərkəzi tərəfindən gətirilir. Bu barədə YARAT-ın "Facebook" səhifəsində qeyd edilib.

5 sentyabr tarixində geniş ictimaiyyətə təqdim olunacaq nəhəng hava ilə doldurulan fiqur incə uşaq xatirələrinə əsaslanır və mənşəyindən və həyat təcrübəsindən asılı olmayaraq, hər bir insanın ürəyində iz qoya bilər. Rəssamın dediyinə görə: “Yaratdığım əsərdə mədəniyyət, dil və yaş məhdudiyyətlərini aradan qaldıra bilən şəxsi, eyni zamanda universal hisslər ifadə olunub”.

“Rezin Ördəklə” təsadüfi görüş şəhər mühitində yaradılan müasir incəsənətlə bağlı təəsüratlarımızı köklü şəkildə dəyişdirərək, tamaşaçıları heyrətləndirə və sevindirə bilər.






DOSTLARINLA PAYLAŞ:

oyunlar