Makiyajsız gözəllik sirləri
07 Yanvar 2015 Çərşənbə 20:56
Makiyajsız gözəllik hər zaman mümkündür. Bunun üçün həyat tərzinizdə bəzi məqamlara diqqət yetirməlisiniz.
Makiyajsız gözəllik sirləri 
Gözəllik sadəcə makiyaj demək deyil. Siz sağlam həyat tərzi yaşayaraq təbii makiyajsız gözəllik əldə edə bilərsiniz.

Soyuq suyun əhəmiyyəti

Üzünüzü soyuq su ilə yumaq dərinizi təravətləndirəcək. bundan başqa yorğunluğunuzu aradan qaldırıb dərinizə canlılıq qatacaq.

Gün ərzində tələb olunan qədər su qəbul edilməlidir. Belə etməsəniz orqanizminizdə su-duz tarazlığında pozulma halı baş verə bilər. Gün ərzində kifayət qədər su qəbul edin.

Yuxusuz qalmayın!

Hər gün kifayət qədər yatmaq çox vaciblidir. Yorğunluq sizin gözlərinizin çökməsinə, gözlərinizin solğun görünməsinə səbəb olar. Buna görə gün ərzində 8 saat yatmaq lazımdır.

Qaşlara da fikir verin!

Makiyajın sonunda mütləq qaşlara nəzər yetirin. Qaşlar üzün damı kimidir. Qaşların pozulması gözlərə, dodaqlara xoşagəlməyən görkəm verə bilər. Qaşlarınız hər zaman səliqəli görünsün.

Günəşdən uzaq durun!

Dərinin gənc görünməsi üçün günəş şüalarından qorunmaq vacib məsələdir. Bunun üçün xüsusi kremlər var ki, ondan istifadəni unutmayın.



DOSTLARINLA PAYLAŞ:

oyunlar