Hərkəs bu qadını axtarır
05 Sentyabr 2014 Cümə 12:43
Axtarış saytı Google təsisçisi Sergey Brinin yeni sevgilisi Amanda Rosenberg bütün dünyanın maraq mərkəzində olub.
Dünyanın ən böyük virtual axtarış sistemlərindən olan Quqlun (Google) təsisçisi Sergey Brinin yeni sevgilisi Amanda Rosenberg bütün dünyanın maraq mərkəzində olub. ANS PRESS-in xəbərinə görə, bu barədə məlumatın mətbuata çıxmasından sonra Amanda Rosenbergin adı quqlda 38 milyon dəfə axtarılıb.

Məlumata görə, şirkətdə quql eynəkləri üzrə məsul şəxs olan Amanda Rosenberg daha əvvəl “Google” idarə heyətinin üzvlərindən olan Huqo Barra ilə də eşq həyatı yaşayıb.

Ötən həftə isə Sergey Birin, ailəsinin dağılmasına səbəb olan Amanda Rosenberg ilə birlikdə Nyu York “Moda həftəsi”ndə paparazzilərə tuş gəlib.












DOSTLARINLA PAYLAŞ:

oyunlar