Hər şeydən şikayət edən adam
16 Mart 2014 Bazar 07:25
4 mindən çox şikayətlə polisə şikayət etmə sayına görə "Ginnesin Rekordlar" kitabına düşüb.
Amerikalı Conatan öz qeyri-adiliyi ilə seçilir.

ANS PRESS-in xəbərinə görə, ABŞ-da yaşayan Conatan Li Riçes ən çox polisə müraciət edən adam kimi tanınır. O, bir çox məşhur adamları, məşhur şirkətləri məhkəməyə verib. Riçes bu vərdişi ilə bütün dünyada tanınır.

Onun şikayətləri arasında ən çox gündəmə gələnlər bunlar olub:
Corc Buş, Çe Qevara, Eyfel Qülləsi, Britni Spirs , Adolf Hitlerin Nasist partiyası, "Google", Roma İmperiyası, Platon, Skandinaviya Tanrıları və s.

Conatan Li Riçes 4 mindən çox şikayətlə polisə şikayət etmə sayına görə "Ginnesin Rekordlar" kitabına düşüb. Bundan xəbər tutan kimi o, 2012-ci ildə bu kitabı da polisə şikayət edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar