Dünyanın ən varlı adamı kimdir?
07 Oktyabr 2013 Bazar Ertəsi 13:06
"Sunday Times" yazır ki, Rusiya prezidentinin 130 milyard dollar pulu var.
Britaniyanın məşhur "The Sunday Times" qəzetinin məlumatına görə, Rusiya prezidenti Vladimir Putinin qeyri-rəsmi olaraq dünyanın ən varlı adamıdır. Nəşrin verdiyi xəbərdə Putinin biznesi dünyanın rəsmən ən varlı adamı sayılan Karlos Slim Etudan 2 dəfə artıq olduğu qeyd edilib. Qəzet yazır ki, Rusiya rəsmisinin varidatının dəyəri 130 milyard dollar dəyərindədir və o hakimiyyətdə olduğu dövrdə siyasəti öz şəxsi maraqları ilə uyğunlaşdıra bilib.
Xəbərdə həmçinin bildirilir ki, Rusiya lideri müəssisələrinin idarə edilməsini yaxın qohumlarına həvalə edib. Onlar arasında Putinin qardaşı oğlu Mixail Putin, keçmiş həyat yoldaşı Lüdmila və qardaşı İqorun adları var. Görünür Putinin yenidən prezident olmaq arzusu biznes-imperiyasını qoruyub saxlamaq məqsədi ilə bağlı olub. Bəzi məlumatlara görə, "Qazprom"-un səhmərinin 4,5%-i, "Qunvor" şirkətinin isə səhmlərinin 50%-i Putinə məxsusdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar