Danimarkada ölkən üçün seviş kampaniyası başladılıb
29 Mart 2014 Şənbə 05:39
Danimarkada əhalinin sayının artırılması üçün maraqlı addım atılıb. Ölkən üçün seviş kampaniyası başladılıb.
Danimarkada əhalinin sayının artırılması üçün maraqlı addım atılıb.

ANS PRESS-in xəbərinə görə, Danimarkada "ölkən üçün Seviş" kampaniyası başladılıb. Danimarkalıların bu qərarı vermələrinə səbəb isə cütlüklərin tətillərdə daha çox uşaq dünyaya gətirməyə meyilli olduqlarının öyrənilməsi olub.

Doğum faizinin son 27 ildə ən aşağı səviyyəyə çatdığını görən ölkədəki şirkətlərdən biri gənc əhalini artırmaq məqsədilə cütlüklərə endirimli tətil imkanı təqdim edib.

Araşdırma nəticəsində məlum olub ki, gənc cütlüklər daha çox tətil vaxtı uşaq sahibi olmaq fikrinə düşürlər.

Kampaniya təklif edən şirkət də bunu nəzərə alaraq, əgər tətildən qayıdan bəyin xanımında hamiləlik aşkar edərsə, 3 illik uşağın xərclərini və bir uşaqlı tətili öz boynuna götürür.


DOSTLARINLA PAYLAŞ:

oyunlar