Çox maraqlı restoran
24 Mart 2014 Bazar Ertəsi 04:01
Bu restorana gələn qonaqlar ayaqyalın gəlir və şalvarlarının balaqlarını qatlamalı olur.
Dünay maraqlı məkanlarla doludur. Belə məkanlarda insanlar çox vaxt dincelmək üçün gəlir. Bir çox ölkədə qeyri-adi dizayna malik restoranlar fəaliyyət göstərir. Məkanın sahibləri müştəri cəlb etmək üçün sanki bir-birinin bəhsinə girir.

Bu restoranlara insanlar sadəcə yemək yeməyə gəlmir, həm də maraqlı mənzərə seyr etməyə gəlir. ANs PRESS-in məlumatına görə, Filippindəki San-Pablo şəhərinin yaxınlığında yerləşən restoranın sahibləri qəribə ideyaları ilə fərqləniblər.

Bu iaşə müəssisəsi onunla maraqlıdır ki, öz şəlaləsi vardır. Masalar şəlalənin ətəyində suyun içində qoyulub, müştərilər isə şalvarlarının balaqlarını dizədək qatlayaraq ayaqyalın gəzirlər. Təbii ki bu cür məkanlar dizaynına görə, başqa restoranlardan fərqli olaraq xidmətlərini yüksək qiymətləndirməkdə haqlı olurlar.



DOSTLARINLA PAYLAŞ:

oyunlar