Ayda 30 min dollar qazanmaq mümkündür
16 Fevral 2016 Çərşənbə Axşamı 12:27
Temper Thompson 17 yaşındadır. Ancaq onu öz yaşıdlarından ayıran bir fərq var. O ayda 30 min dollar qazanır. Necə qazanır?
Temper Tompson 8-ci sinifdə oxuyanda ailəsindən pul almamağa qərar verib. Bu qərardan sonra kompüterinin arxasına keçib və onlayn marketinq işinə girib. Hədəfi yalnız ayda 100 dollar qazanmaq idi.

"Marja" "Business Insider"a istinadən xəbər verir ki, Thompson indi 17 yaşında və ayda 30 min dollar qazanır. Yəni bir çox Amerikalının illik qazancını bir ayda əldə edir. Məhz bu yaşında belə bir nailiyyət əldə edən "dahidən" insanlara 5 tövsiyə.

1-ci Hərəkətə keçin

Birinci tövsiyə - real bir şey etmək lazımdır. Çoxlu sayda insan nə etmək istədiyini söyləyir dayanır, amma həyata keçirmir. Temper, "Əgər hərəkət etməsəniz, heç vaxt uğurlu ola bilməzsiniz" deyir.

2-ci Səhv etməkdən qorxmayın

İkinci dərs inad etməklə bağlıdır. Səhvlər hər zaman ola bilər. Temper öz işində də çoxlu sayda səhvlə üzləşdiyini bildirir. Çox insanın uğursuz olanda ruhdan düşdüyünü söyləyən Temper, "İnsanların nə üçün uğurlu olmadığını görürəm. Uğursuzluq üstünlükdür. İnsan ancaq səhvlərini görüb daha yaxşı ola bilər" deyir.

3-cü İşə fokuslanın

Üçüncü dərs işə fokuslanmaqdır. İş görüləcək sahəni müəyyən edib ona sabit fokuslanmaq lazımdır. Temper, "Diqqəti istədiyin işə toplayanda daha çox inkişafa nail ola bilirsən" deyir.

4-cü Ətrafınızda pozitiv insanları saxlayın

Doğru ətraf mühit çox əhəmiyyətlidir. Sizi dəstəkləyəcək, ilham verəcək, cəsarətləndirəcək və yuxarı qaldıracaq adamlar ətrafınızda olmalıdır. Temper-ın ailəsi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Özlərinə aid bir dükanları var və həyat şərtlərindən xoşbəxtdirlər. Temper isə ehtiraslı bir uşaqdır və özünü daim inkişaf etdirmək istəyir. Bunu edərkən də maddi heç bir dəstək gözləmir, yalnız mənəvi dəstəyə ehtiyac duyur. Temper, "Əgər ətrafınızda mənfi və uğursuz insanlar varsa, sizi də onlarla birlikdə aşağı sürüklənəcəksiniz. Pozitiv insanlar sizin işinizə fokuslanmağınıza və ruhlanmağınıza yardım edər" deyir.

5-ci Arxayın olmayın

Müvəffəqiyyətli olmaq istəyirsinizsə daim irəli getməlisiniz. Temper öz işini addım-addım böyüdüb. Əvvəl 100 dollar aylıq gəliri olan Temper, buna nail olanda fəaliyyətini azaltmayıb. Kiçik dəyişikliklər edərək ayda min dollar qazanmağı bacarıb. Buna baxmayaraq, sakitləşməyən Temper, gördüyü işi irəli aparmaq üçün çalışmağa davam edib və addım-addım bu nöqtəyə çatıb. İndiki hədəfi isə ayda 100 min dollar qazanmaqdır.

Temper, "Çox insan hədəfini görəndə, istədiyini əldə edəndə xoşbəxt olur və davam etmir. Əgər arxayınlaşmasanız işinizi böyütməyə və hədəflərinizi artırmağa davam edərsiniz", ifadələrini istifadə edir.
 


DOSTLARINLA PAYLAŞ:

oyunlar