8 Mart - Beynəlxalq Qadınlar Günü
08 Mart 2015 Bazar 14:38
8 Mart günü 1975-ci ildən etibarən bütün dünyada Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur.
Nəyə görə məhz 8 mart Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur?

Qadınlar tarix boyu kişilərlə eyni hüquqlara malik olmaq üçün mübarizə aparıblar. Ancaq bu mübarizə XIX əsrdə daha da güclənib.
 
8 mart 1857-ci ildə Nyu-York şəhərində geyim sektorunda çalışan qadınlar pis iş şəraitinə, məvaciblərin azlığına  etiraz olaraq tətil edirlər. Ancaq polis nümayişi dağıdır. Bu bir başlanğıc olur. 1907-ci ildə yenə Nyu-York şəhərində bu dəfə 15000 qadın nümayiş keçirir.
 
1909-cu ildə ilk dəfə Avropadakı qadınlar 28 fevral tarixini qadın günü kimi keçirdi.
 
1910-cu ildə Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününü Dünya Qadınlar Günü olmasını təklif edildi və bu təklifi qəbul edildi.
 
1977-ci ildə isə BMT Ümumi Qurultayında 8 mart, qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edildi.
 
8 mart Beynəlxalq Qadınlar günü  hər il Azərbaycanda da çox təntənəli bir şəkildə qeyd edilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar