61 yaşlı gəlinin 8 yaşlı bəyi
11 Mart 2013 Bazar Ertəsi 10:01
Afrikada qəribə toy mərasimi baş tutub.
Cənubi Afrikada 8 yaşlı uşaq 61 yaşlı qadınla evləndirilib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Sanele Masilela 5 uşaq anası ilə toy edib.

Bu evliliyin səbəbi isə onun babasının vəsiyyəti olub. "Bəy"in "gəlin"dən belə kiçik olan anasının sözlərinə görə, bu toyun baş tutmasını qayınatası istəyib. "Əgər vəsiyyətini yerinə yetirməsəydik ailəmizin başına pis hadisələr gələ bilərdi. Əcdadlarımızı hirsləndirməyə dəyməz".

Toya gəlinin əri ilə uşaqları da qatılıb. Ailələr bunun sadəcə bir mərasim olduğunu, heç bir rəsmi məna daşımadığını bildiriblər. 8 yaşlı uşaq "toyundan" sonra da ailəsi ilə birgə yaşayacaq. Sanele böyüyəndə öz yaşıdı ilə evlənə biləcək.








DOSTLARINLA PAYLAŞ:

oyunlar