İranın "Kərrar"ı təqdim olundu
22 Avqust 2010 Bazar 17:05
4 metrlik pilotsuz hərbi təyyarənin təqdimatında ölkə prezidenti də iştirak edib.
Bu gün İranda Müdafiə Sənayesi Günü münasibətilə tədbir keçirilib. Burada İranın ilk uzunmənzilli pilotsuz hərbi təyyarəsi təqdim edilib. Tədbirdə İran prezidenti Mahmud Əhmədinejad da iştirak edib.
"Kərrar" adı verilən 4 metrlik pilotsuz hərbi təyyarənin yüksək sürət və hündürlükdə uçmaq, müəyyən edilən hədəfləri bombalamaq qabiliyyətinin olduğu bildirilir.
Tədbirdə İran mütəxəssislərinin yaratdığı bəzi silahların təqdimatının da keçiriləcəyi gözlənilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: