Xarici ticarət dövriyyəsi 17 milyardı keçib
13 İyul 2014 Bazar 02:48
2014-cü ilin yanvar-may ayları ərzində 10,2 milyard dollarlıq müsbət saldo yaranıb.
Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, 2014-cü ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsinin həcmi 17,2 milyard ABŞ dolları, o cümlədən ixracın həcmi 13,7 milyard dollar, idxalın həcmi 3,5 milyard dollar təşkil edərək, nəticədə 10,2 milyard dollarlıq müsbət saldo yaranıb.

Beş ay ərzində Azərbaycan Respublikasının rezidentləri dünyanın 133 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirərək 97 ölkəyə əmtəə ixrac edib, 121 ölkədən isə idxal olunub.

İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, alüminium və ondan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı 650,1 milyon dollar təşkil edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar