"Xalq Bank" kapitalını 140,5 milyon manata çatdırıb
13 Mart 2012 Çərşənbə Axşamı 16:26
Bank ölkə banklarının renkinq cədvəlində nizamnamə kapitalının həcminə görə 3-cü yerdə qərarlaşıb.
“Xalq Bank” ASC bu il mart ayının 7-də nizamnamə kapitalının 140, 492 610 manatadək artırılması üzrə proseduru sona çatdırıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, nizamnamə kapitalının artırılması haqda qərar səhmdarların 1 dekabr 2011-ci il tarixli Ümumi Yığıncağında verilib.

Bu artımın nəticəsində “Xalq Bank” ölkə banklarının renkinq cədvəlində nizamnamə kapitalının həcminə görə 3-cü yerdə qərarlaşıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar