Vahid Ələkbərov Siciliyada neftayırma zavodunu alıb
31 Dekabr 2013 Çərşənbə Axşamı 14:50
Zavodun rentabelliyini artırmaq üçün Vahid Ələkbərov İraq neftini bu işə cəlb etmək fikrindədir.
Azərbaycanlı iş adamı Vahid Ələkbərovun rəhbərlik etdiyi “Lukoyl” şirkəti Siciliyada İtaliyanın “ERG” şirkətinə məxsus olan neftayırma zavodunun son 20 faiz aksiyasına 400 milyon avro ödəyərək alıb.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 2.352 milyard dollar dəyəri olan zavod Siciliyanın Priolo şəhərində yerləşir. Kompleksin rentabelliyini artırmaq üçün Vahid Ələkbərov İraq neftini bu işə cəlb etmək fikrindədir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar