Unibank polisler üçün çevik kredit
02 İyul 2013 Çərşənbə Axşamı 11:16
Avqustun 15-dək bankdan kredit götürən bu peşə sahiblərinə 2% endirim ediləcək.
“Unibank” 2 iyul - Azərbaycan Polisi Günü münasibətilə, bütün daxili işlər orqanlarının əməkdaşlarını təbrik edir. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Unibank” təhlükəsizliyimizin xidmətində dayanan polislərimiz üçün daha güzəştli şərtlərlə kredit kampaniyasına başlayıb.

Avqustun 15-dək “Unibank”dan kredit götürən bu peşə sahiblərinə 2% endirim ediləcək. Kreditin maksimal məbləği 7500 AZN, ödəniş müddəti isə 48 ayadəkdir. Üstəlik kampaniya çərçivəsində kredit götürən polislərə böyük imtiyazlar verəcək üzvlük kredit kartları hədiyyə edilir.

“Unibank”da endirimli peşə krediti də davam edir. İyulun 15-dək “Unibank”dan kredit götürən həkimlər, dövlət qulluqçuları və hərbçilərə 2% endirim endilir. Maksmal məbləği 7.500 AZN və 48 ayadək verilən kreditləri alan bu peşə sahiblərinə, üzvlük kartı da hədiyyə olunur.

Qeyd edək ki, “Unibank” nağd kredit götürən hər bir müştərisi üçün maksimal yaş həddi 70-dir. “Unibank”dan kredit götürənlərin aylıq gəlirlərinin məbləğlərinə və əmək stajlarına heç bir tələb qoyulmur.

Müştərilərinə bütün həftəni xidmət etmək üçün “Unibank”ın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallalar nahar fasiləsiz işləyir. Əlavə olaraq, müştərilərin rahatlığını təmin etmək məqsədilə “Unidirect” xidməti də fəaliyyət göstərir. Bu xidmətdən istifadə etmək üçün, müştərilər arzu etdikləri məbləğdə kreditin həcmini yazıb, öz elektron ünvanlarından [email protected] ünvanına göndərməlidirlər.
Qeyd edək ki, “Unibank”da kredit ödənişləri çox asan olub. İndi bütün “Unibank” müştəriləri kreditləri poçt şöbələrindən, “MilliÖn” ödəniş terminallarinda, hesab.az saytında, “Unibank”ın cash-in öəniş terminallarında və unibank.az saytında vaxt itirmədən, növbəsiz və rahat ödəyə bilər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

“Unibank” – hər kəsin bankı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar