Texnikabank nizamnamə kapitalını artırır
10 Fevral 2012 Cümə 18:23
Texnikabank 4 008 000 manat həcmində səhmlərinin yeni emissiyasına başlayır.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Texnikabank” ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb. Komitənin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, emissiyanın dövlət qeydiyyat nömrəsi AZ100100508P, emissiyanın həcmi 4 008 000 manat, qiymətli kağızın miqdarı 4 008 ədəd, nominal dəyəri 1 000 manat, anderrayter “Texnika Kapital Menecment” MMC-dir.

Səhmlərinin emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar