Texnikabank aktivləri 6 faiz artıb
15 Dekabr 2011 Cümə Axşamı 21:21
Texnikabank kredit portfelində son bir ayda 2,2 faiz artım müşahidə olunub.
Bu ilin dekabrın 1-nə olan tarixə “Texnikabank”ın aktivləri son bir ayda 6,09 faiz artaraq 633,122 milyon manata çatıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ilin son ayına olan göstəriciyə görə, bankın kredit portfelində də son bir ayda 2,2 faiz artım müşahidə olunub.

Belə ki, bu müddət ərzində bankın kredit portfeli 413,757 milyon manat təşkil edib. Bunun da 62,413 milyon manatının vaxtı keçib. Kreditlərin 36,650 milyon manatı istehlak kreditləridir.

Həmçinin bu müddət ərzində bankın depozitləri son bir ayda 17,7 faiz artaraq 331,184 milyon manata çatıb. Bunun da 239,513 milyon manatı fiziki şəxslərin əmanətləridir. Bu göstərici isə fiziki şəxslərinin əmanətlərinin son bir ayda 16 faiz artdığını göstərir.

Dekabrın 1-nə bankın məcmu kapitalı 102 milyon manat, nizamnamə kapitalı 64,755 milyon manat təşkil edib. Bu müddətdə bankın aktivlərinin gəlirliyi 1,28 faiz, kapitalın gəlirliyi 9,71 faiz olub. Bankın bu müddət ərzində xalis mənfəəti 7. 191 milyon manat olub.

Qeyd edək ki, “Texnikabank” ASC 1993-cü ildə təsis olunub və hazırda ölkənin bank sektorunda əsas göstəricilərə görə ilk beşlikdə qərarlaşıb. Geniş filial şəbəkəsinə malik olan bankın Bakı şəhəri və regionlarda yerləşən 35 filialı və 7 şöbəsi istifadəyə verilib. Hazırda “Texnikabank” özünün 662 işçidən ibarət personalı ilə müştərilərinə bütün növ bank xidmətləri göstərir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar