TBC Kredit portfeli 35 faiz artıb
18 Oktyabr 2011 Çərşənbə Axşamı 20:20
TBC Kredit ilin sonuna kredit portfelini 30 milyon dollara qədər artırmağı planlaşdırır.
“TBC Kredit”in kredit portfeli bu ilin üçüncü rübünün yekunlarına əsasən 2010-cu ilin analoji dövrü ilə müqayisədə 35 faiz artaraq 26,2 milyon dollara çatıb. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, kredit portfelinin çox hissəsini, 46 faizi biznes kreditləri təşkil edir, ipoteka və istehlak kreditlərinin payı müvafiq olaraq 25 faiz və 29 faizdir.

Biznes portfelinin 27,5 faizi mikrobiznes kreditləri təşkil edir. İstehlak kreditlərinin həcmi keçən ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə 150 faiz artıb (1 oktyabr 2011-ci il tarixinə 7,7 milyon dollar, oktyabr 2010-cu il tarixinə 3 milyon dollar). İstehlak kreditləşməsinin belə artımı məhsul xəttinin daim genişləndirilməsi və həmçinin kredit məhsullarının daha geniş çeşidinin təqdim olunması ilə əlaqədardır. Belə ki, bu ilin may ayından avtomobil kreditləri üzrə kredit şərtləri yaxşılaşdırılıb, avqustdan etibarən ali təhsil müəssissələrində yeni dərs ilinin astanasında yeni “Təhsil krediti” məhsulu təklif edilib.

“TBC Kredit” 2011-ci ilin sonuna kredit portfelini 30 milyon dollara qədər artırmağı planlaşdırır və aylıq kreditləşmə həcmini artıraraq nəzərdə tutlmuş nəticəyə doğru plana uyğun surətdə irəliləyir.

Qeyd edək ki, “TBC Kredit” Bank Olmayan Kredit Təşkilatı Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. 2007-ci ilin dekabr ayından şirkətin 75 faizi Gürcüstanın aparıcı bankı olan “TBC Bank”a, 25 faizi isə “ShoreBank” International Ltd (ABŞ) şirkətinə məxsusdur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar