SOCAR-ın üzən yanacaqdoldurma məntəqəsi
20 May 2013 Bazar Ertəsi 15:31
Məntəqə Dnepr çayı akvatoriyasında yaxta, kater və qayıqlara xidmət göstərilməsinə başlayıb.
SOCAR-ın üzən yanacaqdoldurma məntəqəsi yeni mövsümdə Kiyevdə “Azimut” yaxt-klubunun Dnepr çayı akvatoriyasında yaxta, kater və qayıqlara xidmət göstərilməsinə başlayıb. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, məntəqədə eyni zamanda iki gəmi yanacaq doldura bilir. Onlardan birinə “Nano” dizel yanacağı, digərinə A-95 “Nano” benzini vurulur. Üzən YDM-in rezervuarları ümumilikdə 67 kubmetr neft məhsulu tutur. Yanacağın xüsusi avadanlıqla təchiz olunmuş yerlərdə doldurulması və bunker qayığının ekoloji aptek qutusu ilə təchiz edilməsi suyun neft məhsulları ilə çirklənməsinin qarşısını alır.

Qeyd edək ki, “SOCAR” brendi altında fəaliyyət göstərən “Bakı-1” yanacaqpaylayıcı gəmi ilk dəfə suya 2011-ci il avqustun 27-də buraxılıb. Gəmi may ayından sentyabradək davam edən mövsüm dövründə işləyir. Gəmi kiçikölçülü nəqliyyat vasitələrindəndir.









DOSTLARINLA PAYLAŞ:

oyunlar